Operativ Məlumat Mərkəzi

Cəlilabadda şəhid xatirə bulağının açılışı olub

1 dəq
Paylaş:
Cəlilabadda şəhid xatirə bulağının açılışı olub
Cəlilabad rayonunda şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib, onun xatirəsinə həsr edilən bulağın açılışı olub. "Operativ Məlumat...

Cəlilabad rayonunda şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib, onun xatirəsinə həsr edilən bulağın açılışı olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, tədbirdə rayon rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar qeyd ediblər ki, şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsi vacibdir.

Şəhidin atası Yaşar İsgəndərli də şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər