Əsas məzmuna keç

Cəlilabadda 14 kq narkotik ələ keçirildi

Cəlilabadda 14 kq narkotik ələ keçirildi

DİN Emil Rəşidov, Ramin İsrafilov və Taleh İsazadəni saxladı. Marixuana və metamfetaminin Bakıya daşınma planı ifşa edildi. Xarici narkotacirlə bağlı şok faktlar!

en ru

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən, əvvəllər məhkum olunmuş 26 yaşlı , 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı İsazadə həbs olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 14 kiloqram marixuana və metamfetamin, eləcə də 100 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onların xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdıqları müəyyən edilib.

Faktla bağlı başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…