Operativ Məlumat Mərkəzi

Çavuşoğlu azərbaycanlı xilasedicilərin fəaliyyətini yüksək qiymətləndirib

2 dəq
Paylaş:
Çavuşoğlu azərbaycanlı xilasedicilərin fəaliyyətini yüksək qiymətləndirib
bunu Kahramanmaraşda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. “Azərbaycanlı xilasedicilər bu...

Cənab Prezident İlham Əliyevə, qardaşım Ceyhun Bayramova, Fövqəladə Hallar Nazirliyinə, qardaşlarımıza yanımızda olduğu üçün təşəkkür edirik.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Kahramanmaraşda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanlı xilasedicilər bu günə qədər 49 vətəndaşı dağıntılar altından sağ çıxarıb. Bu səhər isə 2 qardaş çıxarılıb, hazırda 3-cü qardaşı da dağıntılar altından çıxarmaq üçün fəaliyyətlərini davam etdirirlər. Onlar orada dağıntılar altından insanları xilas etdikcə siz də burada yaralılara kömək edirsiniz. Allah da sizlərin köməyi olsun”, – Çavuşoğlu əlavə edib.

Nazir ötən il meşə yanğınlarında da eyni dəstəyi gördüklərini qeyd edib.

“Ötən il yanğınlar zamanı da azərbaycanlılar yanımızda oldu, köməyimizə gəldi. Hazırda isə burada Azərbaycandan 900 əməkdaş var, var gücləri ilə fəaliyyətdədirlər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər