İran Futbol Federasiyasının nümayəndə heyətinə Kanadaya giriş icazəsi verilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti Toronto şəhərinin əsas hava limanına çatdıqdan sonra immiqrasiya orqanları tərəfindən ölkəyə buraxılmayıb. Bu səbəbdən onlar Vankuverdə keçiriləcək Dünya Kuboku ilə bağlı təlim-məşq toplanışında iştirak edə bilməyəcəklər.
Bildirilib ki, İranın yarı-rəsmi Tasnim agentliyinin məlumatına əsasən, heyət aprelin 30-da FIFA Konqresində iştirak etmək üçün Vankuverdə səfərdə olub. Nümayəndə heyətinə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac, baş katib Hedayat Mombeni və onun müavini Hamed Momeni də daxil idi.
Qeyd olunub ki, etibarlı vizalara baxmayaraq, onların Kanadaya girişinə icazə verilməyib və nümayəndə heyəti ilk uçuşla geri qayıtmaq məcburiyyətində qalıb.
Məlumata əsasən, İran tərəfi bu addımı Toronto hava limanında immiqrasiya rəsmilərinin “qəbuledilməz davranışı” ilə əlaqələndirib. Bildirilib ki, nümayəndə heyətinin üzvlərindən biri – Mehdi Tac İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş üzvüdür.
Kanada hökuməti isə fərdi hallara şərh vermədiyini bildirib, lakin qeyd edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli şəxslər ölkədə arzuolunmaz hesab olunur.