Bu gün saat 11:00-dan bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.