Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Bütün cinayət işləri qanun çərçivəsində araşdırılır" - Paşinyan

2 dəq
Paylaş:
"Bütün cinayət işləri qanun çərçivəsində araşdırılır" - Paşinyan

Ermənistanın Baş naziri Nikol , ölkədə ruhani şəxslərə qarşı aparılan bütün cinayət işlərinin qanun çərçivəsində araşdırıldığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Mən hüquqi çərçivədən kənara çıxan hər hansı bir prosesin mümkünlüyünü istisna edirəm, Kilsəsinə qarşı mübarizə aparmıram”, - o qeyd edib.

Qeyd edək ki, 15 oktyabr səhər saatlarında Ermənistan İstintaq Komitəsi və Milli Xidmətinin əməkdaşları Ermənistan Apostol Kilsəsinin Aragatson yeparxiyasının rəhbəri yepiskop Mkrtiç (Hayk Proşyan) və həmin yeparxiyadan olan bir neçə keşişi saxlayıblar.

16 oktyabrda məhkəmə qərarı ilə yepiskop və daha əvvəl saxlanılmış iki keşiş 2 ay müddətində həbs olunub.

Bu , eyni yeparxiyadan olan bir ruhani şəxsin 2021-ci ildə müxalifət mitinqlərində iştirak etməyə məcbur edildiyi barədə verdiyi ictimai açıqlamalardan sonra başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax