“Buta Airways” Düşənbəyə ilk uçuşunu həyata keçirib

“Buta Airways” Düşənbəyə ilk uçuşunu həyata keçirib
30.05.2023 15:52
Aa
dəq

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi olan “Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu həyata keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib.

Bununla əlaqədar, Düşənbə Beynəlxalq Hava Limanında keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı-Düşənbə-Bakı aviareysi Azərbaycan və Tacikistan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, aviareysin açılışının hər iki ölkə arasında iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əməkdaşlığa, eləcə də iki ölkə xalqlarının daha da yaxınlaşdırmasına böyük töhfə verəcəyini bildirib

Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədrinin birinci müavini Həbibulla Əmirbəyzadə diqqətə çatdırıb ki, Azərbaycan və Tacikistan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq.

Qeyd edilib ki, Bakı-Düşənbə-Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Birbaşa aviareys ölkələr arasında işgüzar əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək.

Məlumata görə, Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşacaq.

Həftənin ən çox oxunanları

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu