Türkiyənin Bursa şəhərində boya fabrikində naməlum səbəbdən yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı fabrikdə işləyən 2 işçi xəsarət alıb.
Bölgəyə çoxlu sayda polis, yanğınsöndürən və tibbi qruplar cəlb edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.