Burkina Fasonun təhlükəsizlik qüvvələri sentyabrın 4-dən oktyabrın 4-dək casusluqda şübhəli bilinərək 350-dən çox şəxsi saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) ölkənin təhlükəsizlik naziri Mahamadou Sanaya istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər casusluqda ittiham olunurlar.
Burkina Faso hakimiyyəti son vaxtlar regionda fəaliyyət göstərən bəzi xarici qüvvələrin və terrorçu qrupların respublikanın sabitliyinə xələl gətirməyə çalışdığı bir şəraitdə əhalini ayıq-sayıq olmağa çağırıb.