Əsas məzmuna keç

Büdcədən 25 milyon manat ƏDV qaytarıldı

Büdcədən 25 milyon manat ƏDV qaytarıldı

Maliyyə Nazirliyi yanvar-fevralda ticarət, tibb və Qarabağdakı otellər üzrə nağdsız ödənişlərdən vergi iadəsini açıqladı. Bəs hansı rüsumlar və faizlər geri ödənilib?

en ru

2026-cı ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 25 milyon 46,6 məbləğində vəsait geri qaytarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə və ictimai iaşə sahəsində aldıqları mallara, eləcə də mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərə görə ödənişləri əhatə edir.

O cümlədən, işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi geri ödənilib.

Həmçinin, artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlər sırasındadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…