Əsas məzmuna keç

“Bu, utanılası bir şey deyil” – Qalte

“Bu, utanılası bir şey deyil” – Qalte

PSJ-nin baş məşqçisi Kristof Qalte UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayern”lə cavab qarşılaşmasından sonra (0:2) danışıb. O, futbolçularının qol...

PSJ-nin Kristof Qalte UEFA Çempionlar Liqasının 1/8 finalının “”lə cavab qarşılaşmasından sonra (0:2) danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının qol şanslarından yararlana bilmədiyini deyib:

“Qol şanslarımız olanda hesabı aça bilmədik. İlk hissədə yaxşı oynadıq. Qol imkanlarından yararlana bilmədik. Buraxdığımız ilk qol çox axmaqca idi.

Doğrudur, “Bayern” təzyiq edirdi. Bəzən bununla mübarizə aparmaq üçün topu daha uzağa vurmaq lazımdır. Bu, utanılası bir şey deyil. Oyunun bir saatı tamam olduqdan sonra hər şey çətinləşir”.

İki oyunun nəticəsinə əsasən, Paris klubu “Bayern”ə 0:3 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…