Operativ Məlumat Mərkəzi

Bu təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb

1 dəq
Paylaş:
Bu təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb
martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb. Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub....

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər