Əsas məzmuna keç

Bu peşə sahibləri daha çox yorulur

Bu peşə sahibləri daha çox yorulur

marketoloqlar, müəllimlər, reklam sahələrində işləyənlər daha çox xroniki yorğunluqdan əziyyət çəkirlər. Aparılan araşdırmalar göstərir ki, xroniki...

Bütün peşələrin öz çətinliyi var. Ancaq elə sahələr var ki, onlar daha yorucudur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, marketoloqlar, müəllimlər, reklam sahələrində işləyənlər daha çox yorğunluqdan əziyyət çəkirlər.

Aparılan araşdırmalar göstərir ki, xroniki yorğunluqdan əziyyət əsasən PR departamentinin işçiləridir (40%). İkinci yeri inzibati işlər (36%) üzrə çalışanlar tutur. Üçüncü yerdə isə informasiya texnologiyaları üzrə mütəxəssislər, müəllimlər, elm və təhsil işçiləri (hər biri 35%) qərarlaşıb.

Məlumata görə, bu sahələrdə çalışanların 45 faizi yuxu problemi yaşadıqlarını bildirib.

Xroniki yorğunluqdan ən az təsirlənənlər və logistika sənayesi, tikinti və daşınmaz sahəsində çalışan mütəxəssislərdir. Bu sahələrdə işləyənlərin yalnız 15 faizi xoşagəlməz vəziyyətdən şikayətləniblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…