Mərakeş 7 ballıq zəlzələdən sonra İspaniya, Böyük Britaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yardım təklifini qəbul etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd edilib.
Belə ki, ölkədə baş verən 7 bal gücündə zəlzələdən sonra səlahiyyətli orqanlar lazımi ehtiyacları ciddi şəkildə qiymətləndirib, ehtiyacların olmaması nəticəsində yarana biləcək mənfi halları nəzərə alıb.
Açıqlamada, sözügedən axtarış-xilasetmə qruplarının Mərakeş qrupları ilə koordinasiyalı şəkildə işləmək üçün bazar günü ölkəyə daxil olduğu və ortaya çıxa biləcək mümkün ehtiyaclara görə digər dost ölkələrdən də dəstək təkliflərinin qəbul oluna biləcəyi paylaşılıb.
Bəyanatda həmçinin müxtəlif ölkələrdən gələn həmrəylik təklifləri və təşəbbüslərindən məmnun olduqları bildirilib.