"İran ABŞ-nin Tehranın yeddi bənddən ibarət təklifinə verdiyi cavabı hələ də nəzərdən keçirir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai deyib.
O həmçinin qeyd edib ki, iki ölkə arasında vasitəçilər üzərindən danışıqlar davam edir.
Bəqainin sözlərinə görə, BMT Baş Assambleyasında müzakirə olunan təklif İranın qanuni tələblərini əhatə edir. Bunlara dəniz blokadasının aradan qaldırılması, bütün cəbhələrdə müharibənin dayandırılması və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması daxildir.
O əlavə edib ki, bu məsələlər daha əvvəl razılaşdırılmış anlaşma memorandumuna da daxil edilib.
Bəqai bildirib ki, təklifin nəzərdən keçirilməsi başa çatdıqdan sonra Tehran öz mövqeyini vasitəçilərə çatdıracaq. O, həmçinin ABŞ-nin yeni sanksiyalarının ləğv edilməli, Vaşinqtonun müdaxiləçi və təcavüzkar addımları dayandırılmalı olduğunu vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Pakistan və Qətərin Tehranla Vaşinqton arasında əsas vasitəçilər olaraq qaldığını da qeyd edib.
Bəqai ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından enerji daşıyıcılarının daşınmasının müharibədən əvvəlki səviyyəyə qayıtması barədə açıqlamasını da təkzib edib. Onun sözlərinə görə, Vaşinqton İrana qarşı dəniz blokadasını və iqtisadi sanksiyaları davam etdirdiyi müddətdə boğazda təhlükəsizlik bərpa olunmayacaq.