Əsas məzmuna keç

Bu məhsul bağırsaq iltihabına səbəb ola bilər

Bu məhsul bağırsaq iltihabına səbəb ola bilər

Çin Paytaxt Tibb Universitetinin alimləri belə nəticəyə gəliblər.  Təcrübədə siçanlar iki həftə ərzində müxtəlif növ qırmızı ət - donuz, mal və quzu əti...

Qırmızı ət mikrofloranın balansını iltihablı xəstəliklərinin inkişafına kömək edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, Paytaxt Tibb Universitetinin alimləri belə nəticəyə gəliblər.

Təcrübədə siçanlar iki həftə ərzində müxtəlif növ qırmızı ət - donuz, mal və quzu əti ilə qidalandırılıb. Sonra heyvanlar kolonda iltihabı inkişaf etdirmək üçün süni şəkildə induksiya edilib. Məlum olub ki, ət pəhrizi qəbul edən bütün qruplarda iltihab daha şiddətli olub.

Alimlər iltihab əleyhinə sitokinlərin çoxluğunu və immun hüceyrələrin bağırsaq toxumasına kütləvi şəkildə nüfuz etdiyini qeyd ediblər. Mikrobiota analizi ''Streptococcus'', ''Akkermansia'', ''Faecalibacterium'' və ''Lactococcus'' bakteriyalarının sayında azalma, ''Clostridium'' və ''Mucispirillum'' nisbətinin isə artdığını göstərib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…