2023-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7024 təbii və texnogen mənşəli hadisə baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 747 hadisə və ya 10% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub, 138 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib, 2203 nəfər təxliyə olunub.