Bu il dünyada avtomobil satışlarının 2022-ci illə müqayisədə 35 faiz artacağı və 14 milyona çatacağı gözlənilir, satılan hər 5 avtomobildən biri elektrikli olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) dünyada elektrikli nəqliyyat vasitələrinin inkişaf perspektivləri ilə bağlı hesabatına görə, dünyada elektrikli nəqliyyat vasitələrinin satışları keçən il 55 faiz artaraq 2021-ci illə müqayisədə 10 milyon ədədi keçib. Elektrikli avtomobillərin ümumi avtomobil satışındakı payı yüzdə 14-ə yüksəlib.
Qlobal avtomobil satışları 2017-ci ildə bir milyondan, 2022-ci ildə 10 milyona yüksəlib.
Avtomobil xərcləri keçən il 425 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 50 faiz çoxdur. Dövlət dəstəyi bu xərclərin yalnız 10 faizini, istehlakçılar isə 90 faizini təşkil edir. Digər tərəfdən, bazardakı elektrikli avtomobil modellərinin sayı 2018-ci illə müqayisədə iki dəfə artaraq il 500-ə çatıb.