Əsas məzmuna keç

Bu hotelin fəaliyyəti dayandı

Bu hotelin fəaliyyəti dayandı

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda hotellərdən birinin fəaliyyəti dayandırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli küçəsi, ev 13 ünvanında “Continental” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır, yanğın su hovuzu ilə təmin olunmayıb, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib, obyektin tüstü bacası təmizlənməyib.

Bildirilib ki, obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb, obyektin həyətində tullantılar yığılıb, mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub, obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib, təxliyə planı düzgün tərtib edilməyib.

Məlumata görə, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…