Əsas məzmuna keç

Bu gün Yel çərşənbəsidir

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. "Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən...

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz ərəfəsində keçirilən üçüncü çərşənbədir.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.

Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir.

Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.

Yel mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 40 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 41 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 60 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…