Əsas məzmuna keç

Martda 16 gün iş olmayacaq: Rəsmi siyahı

Martda 16 gün iş olmayacaq: Rəsmi siyahı

Novruz, Ramazan və 8 Mart təqvimi bəlli oldu. Qeyri-iş günlərinin siyahısı və rəsmi istirahət tarixləri ilə tanış olun. Martda neçə gün iş olmayacaq? Tam cədvəl:

en ru

Gələn ay Azərbaycanda ümumilikdə 16 gün qeyri-iş günü olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu il mart ayında ənənəvi olaraq 2 yox, 3 bayram qeyd olunacaq.

Belə ki, 8 mart — Beynəlxalq Qadınlar Günü bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü olan 9 mart da qeyri-iş günü sayılır. Bu isə o deməkdir ki, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq.

Bu ilin əsas özəlliyi Novruz və günlərinin üst-üstə düşməsidir. 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramı elan edilib. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.

Bundan əlavə, 20 və 21 mart tarixlərində qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan digər bayramla kəsişdiyindən, növbəti iş günləri istirahət günü hesab olunur. Qanunvericiliyin tələbinə əsasən, 27 və 30 mart tarixləri də rəsmi qeyri-iş günləri siyahısına əlavə edilir.

Nəticə etibarilə, bayramlarla əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. Bayramdan sonrakı ilk iş günü 31 mart olacaq. Beləliklə, mart ayında şənbə və bazar günləri də daxil olmaqla 16 gün iş olmayacaq.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 18 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 19 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 71 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…