Əsas məzmuna keç

Bu gün su çərşənbəsidir

Bu gün su çərşənbəsidir

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun mahiyyəti olunur.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Qeyd edək ki, Od çərşənbəsi 28 fevral, Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda vaxtı ilə saat 01:24-də daxil olacaq.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 44 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 45 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 64 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…