Bu gün geomaqnit qasırğası gözlənilir

Bu gün geomaqnit qasırğası gözlənilir
06.11.2023 11:44
Aa
dəq

Bu gün geomaqnit qasırğası gözlənilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub.

Bildirilib ki, ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib.

2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan 2-3 dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.

Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur.

21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək.

Həftənin ən çox oxunanları

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR

Toy yasa döndü - 5 nəfər öldü - FOTOLAR
DAVAMIN OXU davamın oxu

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu