Alimlər fevralın ilk üç günündə Günəşdə 50-dən çox güclü partlayış baş verdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bir neçə gün əvvəl başlayan Günəş aktivliyinin artmasından qaynaqlanan ilk pozuntular sabah Yerə çatmağa başlayacaq.
Lakin, olduqca yüksək aktivlik səviyyəsinə baxmayaraq, maqnit fırtınalarının hələ də zəif olacağı gözlənilir.
Alimlərin fikrincə, bu, günəş aktivliyi mərkəzlərinin Yer kürəsinin təsir zonasına bu yaxınlarda daxil olması və plazma emissiyalarının əsas hissəsinin Yer kürəsini keçərək planetə yalnız qismən təsir göstərməsi ilə əlaqədardır.
Günəş partlayışları rentgen şüalarının intensivliyinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X.
M sinif partlayışları güclü hesab olunur, onlar Yer kürəsində radio müdaxiləsinə və mümkün geomaqnit fırtınalarına səbəb ola bilər.