Əsas məzmuna keç

"Bu, ciddi bir böhrandır"- Hakan Fidan

"Bu, ciddi bir böhrandır"- Hakan Fidan

"İsrailin təcavüzkarlığı və ekspansionizmi altına alınmazsa, nəticələri qlobal miqyasda hiss olunacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri XİN rəhbəri deyib.

O, İsrailin Qəzzədə həyata keçirdiyi soyqırımın bölgədə ərzində əldə olunmuş inkişafı tərsinə çevirdiyini bildirib.

Hakan Fidan bütün proseslərin mülki aviasiyadan ictimai səhiyyə sistemlərinə, ədalətli ticarətdən rəqəmsal sahədəki standartlara qədər gündəlik həyata təsir etdiyini qeyd edib.

"Fələstin xalqının yaşadığı faciə bu gün çoxtərəfliyin müzakirəsində mərkəzi mövqedə dayanır. Bu vəziyyət, sülh və təhlükəsizliyi təmin etmək öhdəliyində olan qurumların legitimliyi baxımından ciddi bir böhrandır. İsrailin təcavüzkarlığı və ekspansionizmi nəzarət altına alınmazsa, nəticələri qlobal miqyasda hiss olunacaq", - o bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…