Əsas məzmuna keç

"Bu, bütün azad ticarət normalarının pozulmasıdır"

"Bu, bütün azad ticarət normalarının pozulmasıdır"

Kuba XİN rəhbəri Bruno Rodriges Parrilla ABŞ-nin yanacaq blokadası və Donald Trampın neftə tətbiq etdiyi yeni tarifləri sərt pisləyib. Gərginlik artır...

ru en

"Kuba ABŞ-nin adaya yanacaq tədarükünün qarşısını almaq üçün yeni tədbirlərini qətiyyətlə pisləyir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kubanın naziri Parrilla deyib.

"Biz ABŞ-nin Kubaya qarşı son eskalasiyasını ən sərt şəkildə pisləyirik. Onlar indi ölkəmizə yanacaq tədarükünün tamamilə blokadasını təklif edirlər", - nazir vurğulayıb.

O, bildirib ki, ABŞ özbaşına və ədalətsiz tariflər etməklə hədələyərək digər ölkələri Kubanın blokadasına qoşulmağa məcbur etmək üçün şantaj və məcburiyyətə əl atır.

Rodriges Parrilla həmçinin bunun bütün azad ticarət normalarının pozulması olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp Kubaya neft tədarük edən istənilən ölkəyə yeni tariflər tətbiq edən sərəncam imzalayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…