Əsas məzmuna keç

BŞİH: Paytaxtın bəzi ərazilərində subasma müşahidə olunur, müvafiq strukturlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

BŞİH: Paytaxtın bəzi ərazilərində subasma müşahidə olunur, müvafiq strukturlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir

bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və...

en ru

Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturları iş rejimində fəaliyyət göstərir.

Qeyd olunub ki, gün ərzində normadan xeyli artıq yağan kollektor sistemlərinin yüklənməsinə səbəb olub və nəticədə bəzi ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranıb.

Məlumata görə, subasma müşahidə olunan ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.

Aidiyyəti qurumlar tərəfindən yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…