Əsas məzmuna keç

Britaniyanın xarici işlər naziri: “İsrailə dəstəyimiz qeyd-şərtsiz deyil”

Britaniyanın xarici işlər naziri: “İsrailə dəstəyimiz qeyd-şərtsiz deyil”

"The Sunday Times" üçün yazdığı məqalədə İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana keçən 6 ayı dəyərləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Beynəlxalq yardım təşkilatı "World Central Kitchen" (WCK) işçilərinə hücuma toxunan Kemeron 3 Britaniya vətəndaşının da həyatını itirdiyini xatırladıb.

İsrailin səhvini qəbul edərək məsuliyyəti öz üzərinə götürdüyünə çəkən Kemeron bunun bir daha təkrarlanmaması lazım olduğunu bildirib.

Kemeron, "Aylardır ki, (Rişi Sunak) və mən İsraili Qəzzaya daha çox yardım etməyə və həll edilməsi lazım olan problemlərə diqqət ",- deyə vurğulayıb.

Yeni yardım dəhlizlərinin açılacağı və daha çox sərhəd qapısından yardıma icazə veriləcəyi xəbərinin sevindirici olduğunu vurğulayan Kemeron, "Sözləri hərəkətə çevirmək lazımdır, çünki əks halda kütləvi aclıq nəzərə alınması lazım olan pis bir ehtimaldır", - deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…