Əsas məzmuna keç

Britaniyada müsəlman mühacirlərə qarşı aksiyalar davam edir

Britaniyada müsəlman mühacirlərə qarşı aksiyalar davam edir

Böyük Britaniyada müsəlman mühacirlərə qarşı daha bir aksiya Plimut şəhərində keçirilib. Aksiya zamanı fəallarla polis arasında qarşıdurmaların olduğu,...

Böyük Britaniyada mühacirlərə qarşı daha bir Plimut şəhərində keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı fəallarla polis arasında qarşıdurmaların olduğu, bir neçə polis əməkdaşının xəsarət aldığı bildirilir.

Kir Starmer millətçi hərəkatın geniş vüsət alması ilə əlaqədar hökumətin təcili iclasını çağırıb.

O, törədənlərə qarşı peşəkar polisin nizami ordusunu səfərbər edəcəklərini bildirib.

Radikal millətçilər daha əvvəl Sautport, Sanderlend, Roterem, Mançestr, Bolton, Liverpul, Bristol və paytaxt Londonda da çoxsaylı zorakılıq törədiblər.

Təhlükəsizlik qüvvələri zorakılıq törədən 370-dən çox şəxsi həbs edib.

Aksiyalar fəalların İslamafob şüarlar səsləndirməsi və məscidlərə hücum etmələri ilə də müşahidə olunur.

Ekspertlər Britaniyada ölkə tarixinin ən pis zorakı dövrünü yaşadıqlarını bildiriblər.

Qeyd edək ki, müsəlman mühacirlərə qarşı etirazlar Sautportda 17 yaşlı müsəlman olduğu iddia edilən mühacirin bıçaqla 3 qış uşağını öldürməsi, bir neçə nəfəri yaralanmasından sonra başlayıb. Cinayətin motivləri hələlik naməlum olaraq qalır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…