Böyük Britaniya hökuməti Rusiyanın muzdlu qruplaşması olan Vaqneri “terrorçu” təşkilat kimi tanımağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" BBC-ə istinadən xəbər verir ki, "Vaqner"in aktivlərinin “terrorçu” mülkiyyəti kateqoriyasına salınmasına və müsadirə edilməsinə icazə verən qanun layihəsinin parlamentə təqdim ediləcək.
Böyük Britaniya artıq "Vaqner"ə, onun bəzi yüksək rütbəli komandirlərinə və Afrikada onunla əlaqəli olanlara qarşı insan haqları pozuntularına iddiası ilə sanksiyalar tətbiq edib.