Britaniya səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib

Britaniya səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib
20.01.2024 11:39
Aa
dəq

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomat bu barədə "X" də yazıb.

"Bu gün azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anıram",- F.Auld qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu