Əsas məzmuna keç

Britaniya Gürcüstana bütün yardım proqramlarının dayandırıldığını açıqlayıb

Britaniya Gürcüstana bütün yardım proqramlarının dayandırıldığını açıqlayıb

bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin bəyanatında deyilir. O qeyd edib ki, respublika hakimiyyətinin hökumət əleyhinə...

Böyük Gürcüstana bütün yardım proqramlarını dayandıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın naziri Devid Lamminin bəyanatında deyilir.

O qeyd edib ki, respublika hakimiyyətinin əleyhinə iğtişaşlara reaksiyası fonunda hakimiyyəti ilə, o cümlədən müdafiə sahəsində qarşılıqlı fəaliyyəti məhdudlaşdıracaq.

"Gürcüstan hakimiyyəti tərəfindən etirazçılara və jurnalistlərə qarşı zorakılığın şokedici görüntüləri qəbuledilməzdir və dayandırılmalıdır. Bu hərəkətlər Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirir və Gürcüstanın Avropanın gələcəyinə dair konstitusiya öhdəliyinə ziddir. Mövcud hadisələr fonunda Böyük Britaniya dərhal bütün tədbirləri dayandıracaq. Avropa demokratik norma və azadlıqlarından uzaqlaşma dayandırılana qədər Gürcüstan hökumətinə yardım proqramları, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü Arzusu” partiyasının hökumət nümayəndələri ilə qarşılıqlı məhdudlaşdırın”, - deyə o qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…