Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Braziliyalı müğənni qəzaya düşdü

2 dəq
Paylaş:
Braziliyalı müğənni qəzaya düşdü

Braziliyada “Zau O Passaro” səhnə adı ilə tanınan məşhur Izak avtomobil qəzasında həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.

Bildirilib ki, 27 ifaçı 4 may səhər saatlarında Bahia ştatının Barreiras şəhərində keçirilən və bütün biletləri satılmış konsertdən sonra evə qayıdarkən qəzaya düşüb.

Məlumata görə, Silva üç həmkarı ilə birlikdə Lauro de Freitasa gedərkən onların olduğu yolsuzluq avtomobili magistral yolda yük maşınına çırpılıb.

Xilasedicilər zərərçəkənləri çıxarmaq üçün avtomobili kəsməli olublar. Müğənniyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza zamanı avtomobildə olan digər sərnişinlərin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, İzak Bruno Koni Silva “paqoda” üslubunda musiqilər ifa edirdi. Bu janr Braziliyada “həyət sambası” kimi də tanınır və əsasən istehzalı mətnləri, gündəlik jarqonlardan istifadə olunması ilə seçilir.

Müğənnidən həyat yoldaşı və iki qızı yadigar qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax