Braziliya mediasının məlumatına görə, dəstənin gediş haqqı məntəqələrinə basqın edəcəyi barədə bildiriş alan polis Goias əyalətində əməliyyat həyata keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təslim olma çağırışına cavab olaraq dəstənin 7 üzvü odlu silahla öldürülüb və 5 nəfər hadisə yerindən qaçıb.
Bildirilir ki, əməliyyat çərçivəsində çoxlu sayda silah və 4 oğurlanmış avtomobil ələ keçirilib.
Qaçan dəstə üzvlərinin tutulması əməliyyatının davam etdiyi bildirilib.