Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Braziliya Ali Məhkəməsi sabiq prezidentin oğluna hökm oxudu

2 dəq
Paylaş:
Braziliya Ali Məhkəməsi sabiq prezidentin oğluna hökm oxudu

Ali Məhkəməsi çərşənbə axşamı keçirilən iclasda sabiq prezident Jair Bolsonaronun oğlu, keçmiş deputat Eduardo Bolsonaroya qarşı hökm çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məhkəmənin dörd hakimdən ibarət heyəti yekdilliklə onu təqsirli bilərək, 4 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Hazırda ABŞ-də yaşayan , ölkəyə qayıdacağı təqdirdə həbs olunma riski ilə üz-üzədir.

Baş Prokurorluğun ofisi onu ötən il atası Jair Bolsonaronun dövlət çevrilişi cəhdi ilə bağlı məhkəmə işinə təsir göstərmək üçün ABŞ rəsmilərinə müraciət etməkdə ittiham edib.

İddiaya görə, Eduardo ABŞ hakimiyyətini Braziliya Ali Məhkəməsinin hakimlərinə qarşı sanksiyalar tətbiq etməyə və Braziliya mallarına gömrük rüsumları qoymağa təşviq edib.

Məhkəmənin qərarına əsasən, Eduardo Bolsonaro növbəti 8 il ərzində Braziliyada dövlət vəzifələrinə seçilmək hüququndan məhrum edilib.

O, özünə qarşı irəli sürülən ittihamları rədd edərək, ailəsinin tərəfindən ədalətsiz təqiblərə məruz qaldığını bildirib və məhkəmə prosesi barədə ona lazımi qaydada məlumat verilmədiyini iddia edib.

Qeyd edək ki, 2025-ci ildə ABŞ-a köçən sabiq deputat, ABŞ-dakı fəaliyyətinin atasını bəraət etdirmək üçün deyil, Braziliya Konstitusiyasına əməl etməyən rəsmilərin cəzalandırılması üçün olduğunu bəyan edib.

Hazırda o, qardaşı senator Flavio Bolsonaronun prezidentlik kampaniyasını dəstəkləyir. Xatırladaq ki, 2019-2022-ci illərdə Braziliya prezidenti olub və hazırda səhhəti ilə bağlı ev dustaqlığında 27 illik cəzasını çəkir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax