Operativ Məlumat Mərkəzi

BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

1 dəq
Paylaş:
BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər