Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Böyük Britaniya İrəvan sammitində Rusiya və İrana qarşı addımları müzakirə edəcək

2 dəq
Paylaş:
Böyük Britaniya İrəvan sammitində Rusiya və İrana qarşı addımları müzakirə edəcək

Böyük Britaniyanın İrəvanda keçirilən Avropa Siyasi İcmasının sammitində ətrafındakı vəziyyəti və Rusiya əleyhinə yeni sanksiyaları müzakirə etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin dəftərxanasından məlumat verilib.

Sammitin əsas müzakirə mövzularından biri də Ukraynadakı münaqişə olacaq.

Xüsusilə, Böyük Britaniyanın Avropa İttifaqı tərəfindən Kiyevə ayrılan 90 milyard avroluq kreditdə iştirakı və münaqişə başa çatdıqdan sonra bölgəyə sülhməramlıların göndərilməsi məsələləri diqqət mərkəzindədir.

Baş nazirin ofisindən verilən açıqlamaya görə, London Ukraynanın həyati əhəmiyyət daşıyan hərbi avadanlıqlarla təmin edilməsi üçün Avropa İttifaqı ilə səylərini birləşdirmək istəyir. Əlavə maliyyələşdirmənin şirkətləri üçün yeni imkanlar yaradacağı və müdafiə sənayesinə böyük müqavilələr qazandıracağı vurğulanır.

Görüş çərçivəsində Qərb ölkələri üçün Hörmüz boğazının bağlanmasının fəsadları da dəyərləndiriləcək. bu mühüm ticarət arteriyasında uzunmüddətli təhlükəsizliyin təmin edilməsi yollarını həmkarları ilə nəzərdən keçirəcək. Eyni zamanda, "Dauninq-strit" bu həftənin sonlarında Moskvanın hərbi imkanlarını zəiflətmək məqsədilə Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların elan ediləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax