Avropa İttifaqı (Aİ) təkcə HƏMAS-ın İsrailə hücumunu deyil, həm də Qəzzanın mülki əhalisinə hücumlarını pisləməlidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrel deyib.
"Əlbəttə, İsrailin özünü müdafiə etmək hüququ var. Amma özünü müdafiə etmək hüququnun sərhədləri var və bu halda bu, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqdur. Biz İsrailə qarşı bu dəhşətli terror hücumlarını pisləyirik. Qəzzada dinc əhaliyə edilən hücumları da qınayırıq”.