Operativ Məlumat Mərkəzi

Bolqarıstanda Fələstinə dəstək üçün həmrəylik yürüşü qadağan edildi

1 dəq
Paylaş:
Bolqarıstanda Fələstinə dəstək üçün həmrəylik yürüşü qadağan edildi
Dövlət Təhlükəsizlik Agentliyinin və Daxili İşlər Nazirliyinin Sofiya İdarəsinin rəyinə əsasən, şəhər meri Yordanka Fandıkova mitinqlər və nümayişlər...

Bolqarıstan höküməti Qüds Müdafiə Komitəsinin təşkil etdiyi Fələstinə dəstək həmrəyliyi yürüşünü qadağan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" ölkə administrasiyasına istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Agentliyinin və Daxili İşlər Nazirliyinin Sofiya İdarəsinin rəyinə əsasən, şəhər meri Yordanka Fandıkova mitinqlər və nümayişlər haqqında qanuna uyğun olaraq yürüşün qadağan edilməsi haqqında sərəncam imzalayıb.

Bolqarıstan Prokurorluğu da öz növbəsində xatırladıb ki, radikal hərəkətlərə və zorakılığa çağırışlar, habelə tənzimlənməmiş hərəkətlər Bolqarıstanın konstitusiyasını və qanunlarını pozur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər