Bolqarıstan Prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir

Bolqarıstan Prezidenti sabah Azərbaycana rəsmi səfərə gəlir
07.05.2024 12:45
Aa
dəq

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Bolqarıstan KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamənin imzalanması planlaşdırılır.

R.Radevin Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirməkdir.

Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə energetika naziri vəzifəsini icra edən rəsmi şəxs, Milli Assambleyada Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri və biznes nümayəndələri daxildir.

Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı həyat yoldaşı Desislava Radeva müşayiət edəcək.

Həftənin ən çox oxunanları

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
DAVAMIN OXU davamın oxu

İ.Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

İ.Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
DAVAMIN OXU davamın oxu

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb
DAVAMIN OXU davamın oxu

Seyid İbrahim Rəisi: “Bu, iki xalq üçün çox uğurlu bir görüşdür”

Seyid İbrahim Rəisi: “Bu, iki xalq üçün çox uğurlu bir görüşdür”
DAVAMIN OXU davamın oxu