Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün İstanbulda aparılan danışıqları alqışlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT baş katibinin sözçünün müavini Stefani Tremblay bildirib.
“Biz bugünkü danışıqları, o cümlədən son üç ildə ilk birbaşa danışıqları, mümkün atəşkəs və genişmiqyaslı hərbi əsir mübadiləsinə dair müzakirələri alqışlayırıq”, - Tremblay qeyd edib.
Tremblay Türkiyə və ABŞ-ın bu danışıqların asanlaşdırılmasındakı mühüm rolunu ifadə edərək, "ümid edirik ki, bu prosesin Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə səbəb olacağını" vurğulayıb.