"Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) birgə bəyanatında öz əksini tapıb.
Açıqlamada davam edən münaqişələr, köçkünlük və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşağın kəskin qida çatışmazlığına məruz qala biləcəyi bildirilib.
Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.