Operativ Məlumat Mərkəzi

BMT baş katibi Antonio Quterreşin yerinə namizəd axtarışına başlanıldı

1 dəq
Paylaş:
BMT baş katibi Antonio Quterreşin yerinə namizəd axtarışına başlanıldı
bu barədə Baş Assambleyanın sözçüsü Annalena Baerbok bildirib. "Seçimimiz BMT olaraq kim olduğumuza və bütün dünya insanlarına həqiqətən xidmət...

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katib vəzifəsinə yeni namizədlər axtarışını rəsmən elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Assambleyanın sözçüsü Annalena Baerbok bildirib.

"Seçimimiz BMT olaraq kim olduğumuza və bütün dünya insanlarına həqiqətən xidmət edib-etmədiyimizə dair güclü bir siqnal göndərəcək",- deyə o, qeyd edib.

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının Prezidentləri üzv dövlətlərdən hazırkı Baş Katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ildə başa çatdıqdan sonra onun yerinə namizədlər irəli sürməyi xahiş ediblər. Onlar BMT üzvlərini baş katib vəzifəsinə namizədləri seçərkən qadın namizədləri ciddi şəkildə nəzərdən keçirməyə çağırıb və “seçim prosesində regional müxtəlifliyin vacibliyini” qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər