Operativ Məlumat Mərkəzi

Bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib olunması qaydaları təsdiq edilib

1 dəq
Paylaş:
Bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib olunması qaydaları təsdiq edilib
yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır: Əlavə dəyər vergisinin bəyannaməsi (onun 7 nömrəli Əlavəsi) və tərtib edilməsi...

Bu il mayın 21-də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamələrin, həmçinin onların əlavələrinin formalarında və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" quruma istinadən xəbər verir ki, yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır:

  • Əlavə dəyər vergisinin bəyannaməsi (onun 7 nömrəli Əlavəsi) və tərtib edilməsi qaydası;
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və onun tərtib edilməsi qaydası;
  • ƏDV məqsədləri üçün qeydiyyata alınmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər