Operativ Məlumat Mərkəzi

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanılıb

2 dəq
Paylaş:
Binəqədidə narkokuryerlik edən tiktoker saxlanılıb
bu barədə DİN-dən bildirilib.   Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı...

Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan tiktokerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb. Ondan 2 kq 885 qram heroin, 1 kq 230 qram tiryək və 2 kq 765 qram marixuana aşkarlanıb. S.Balakişiyev narkotikləri “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrədən birinin vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumlikdə 27 fakt aşkar edilib. Həmçinin, Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər