Əsas məzmuna keç

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su...

ru

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və yarımadasında su təchizatı, və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.

Sənədə əsasən, Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026−2029-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 4 ədəd su anbarının və 1 ədəd stansiyasının tikinti işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrasını təmin etməlidir.

Nəticədə Binəqədi qəsəbəsində 20 min kubmetrlik su anbarı və nasos stansiyasının tikintisi ilə əhalinin 50 min nəfərə qədər dayanıqlı su ilə təminatı, habelə Masazır qəsəbəsində 20 min kubmetrlik su anbarının istifadəyə verilməsi nəticəsində 15 min nəfər əhalinin su ilə fasiləsiz təminatı həyata keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…