Əsas məzmuna keç

İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub

İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub

Prezidentin işğaldan azad edilən şəhərdəki səfəri çərçivəsində turizm obyektinin genişləndirilməsi və yaradılan şəraitlə bağlı detallar məlum olub.

en ru

Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Qeyd edək ki, “Yasəmən” hotelinin açılışı 2023-cü ildə İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Orijinal görkəminə uyğun üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə “Yasəmən” hotelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və görülüb.

Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb.

Bərpadanəvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…