Bakının Xəzər rayonu, xüsusilə Bilgəh bağları istiqamətində bu gün elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Azərişıq" ASC-dən rəsmi məlumat verilib.
Kəsintilər
- Bakı, Binəqədi Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Sabunçu Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Xəzər Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Suraxanı Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
- Bakı, Pirallahı Su · Bu gün, 7 oktyabr 2026 tarixinədək · Davam edir
Bildirilib ki, səhmdar cəmiyyətinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında planlı təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.