Əsas məzmuna keç

Bəzi çaylardan sel keçir

Bəzi çaylardan sel keçir

Ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda bir neçə çaydan sel keçir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Ölkənin əksər bölgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda bir neçə çaydan sel keçir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon ərazisindən Qabırrıçaydan, və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, , Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev isə bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.

Hava proqnozu

21° Bakıda indiTutqun
  1. Bu gün Günəşli 21° 19° yağış 47%
  2. Sabah Günəşli 24° 19°
  3. Birigün Günəşli 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…