Əsas məzmuna keç

Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində gecə və səhər saatlarında magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"...

Sabah ölkə ərazisində gecə və səhər saatlarında magistral yollarında məsafəsi məhdudlaşacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 12-də Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Laçın-Həkəri, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Goran-Naftalan, Xaldan-Mingəçevir, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Bəhramtəpə-Biləsuvar, Yevlax-Zaqatala, Ələt-Astara, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…